Gömrük Məcəlləsinə dəyişiklik edildi
30 noyabr 2016 19:50 (UTC +04:00)

Gömrük Məcəlləsinə dəyişiklik edildi

Azərbaycan prezidenti İlham Əliyev “Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, qanuna aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilib:

 

“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi

 

13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

 

13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

 

Qanuna həmçinin 93.4-cü maddə - “Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir” və 101.5-ci maddə əlavə edilib: “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

 

42.1-ci maddədə isə “mübadiləsi” sözündən sonra “o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması” sözləri əlavə edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar