Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edəcək
23 dekabr 2016 11:46 (UTC +04:00)

Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edəcək

0

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, qəbul zamanı bölgədə yerləşən - Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar