Kəmaləddin Heydərov Dubay Ticarət və Sənaye Palatasının sədri ilə görüşüb
18 noyabr 2016 19:39 (UTC +04:00)

Kəmaləddin Heydərov Dubay Ticarət və Sənaye Palatasının sədri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, Kəmaləddin Heydərov qonaqlara fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair Nazirliyin fəaliyyətini yüksək qiymətləndirmiş, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar