<b>FHN əməkdaşları İsrailin xatirə medalı ilə mükafatlandırıldılar </b>
30 noyabr 2016 11:58 (UTC +04:00)

FHN əməkdaşları İsrailin xatirə medalı ilə mükafatlandırıldılar

Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

 

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

 

Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə, Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan FHN-nin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar