FHN-in İdman-sağlamlıq klubu sərbəst güləş üzrə çempionat keçirib
25 noyabr 2016 15:38 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubu sərbəst güləş üzrə çempionat keçirib

0

 

Noyabrın 24-25-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 13 qurumunun 80-ə yaxın idmançısı mübarizə aparıb.

 

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilmiş yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib.

 

Gərgin mübarizə şəraitində keçən yarışda şəxsi birincilikdə qaliblər müəyyən olunub. Belə ki, 57 kq çəkidə  Əliyev Cabbar (XRXX), 61 kq çəkidə Süleymanov Cəlal (XRXX),  65 kq çəkidə Sövdümzadə Namiq (İSK), 70 kq çəkidə Məmmədov Fariz (DYMX), 74 kq çəkidə Qəmbərov Elmir (XRXX), 86 kq çəkidə İsmayılov Sübhan (XRXX), 97 kq çəkidə  Qasımov Elman (DYMX) və 125  kq çəkidə Hümbətov Səbuhi (XRXX) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Komanda hesabında isə  1-ci yerə  Xüsusi Riskli Xilasetmə Xidmətinin, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yerə isə FHN Akademiyasının komandası layiq görülüb.

 

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək qalibləri təbrik edib və 6-cı dəfədir keçirilən sərbəst güləş üzrə çempionatın gələcək illərdə də davam etdiriləcəyini bildirib.

 

Sonda qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar