Dövlət İmtahan Mərkəzində fevralın 18-də TOEFL imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TOEFL imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 08:00-da başlanacaq. İmtahanda iştirak edəcək şəxslər 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Bildirək ki, növbəti TOEFL® imtahanlarının DİM test mərkəzi tərəfindən 4 mart, 15 aprel, 13 may, 10 iyun tarixlərdə keçirilməsi nəzərdə tutulur. Linkdə təqdim edilən məlumatla tanış olaraq TOEFL® imtahanına qeydiyyatdan keçmək mümkündür:http://tqdk.gov.az/exam/toefl/