Fazil Mustafa: “Gəlir və xərclər azaldığından müzakirələr daha soyuqqanlı getdi”
09 dekabr 2016 16:44 (UTC +04:00)

Fazil Mustafa: “Gəlir və xərclər azaldığından müzakirələr daha soyuqqanlı getdi”

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişinin mövzusu 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi ilə bağlı oldu. Millət vəkili Fazil Mustafa aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

 

Büdəcənin gəlir və xərcləri azaldığına görə, bu müzakirələr daha soyuqqanlı xarakter daşıdı. Düşünürəm ki, hansı sahəyə diqqət lazımdısa, ora diqqət yönəldi. Çünki büdcə diqqətlə düşünülərək xərclənməlidi.

 

Maliyyənin xüsusi artırıldığı sahə yoxdu. Yalnız müdafiə xərclərində artırma oldu ki, bu da beynəlxalq durum və ölkənin təhlükəsizliyi ilə bağlıdır.

 

2017-ci ilin büdcəsi reallıqlarımızı açıq göstərən büdcədir, eyforiyadan uzaqdır. Həm də ilk dəfə büdcədə qeyri-neft sektoruna bu qədər diqqət ayrıldı.

 

Rayonların birləşdirilməsi, yəni yenidən bölgüsü ölkənin gələcəyi ilə bağlı siyasi addımdır. Bu baxımdan, həmin məsələyə bölgələrin xüsusiyyətləri, coğrafi mövqeyi istiqamətindən yanaşmaq lazımdır.

 

Komitələrin, yaxud nazirliklərin birləşdirilməsi mümkündür, ancaq gərək bunun üçün gərək iş yerlərinin sayı artsın. Həm də özəlləşmə daha sürətlə getməlidir.

 

Kreditlərin ödənilməsində hər şeyi vətəndaşın üzərinə qoymaq olmaz. Burada banklarla vətəndaş arasında anlaşma olmalıdır.

 

Problem ondadır ki, dolları alan da, satan da bankdır, arada isə vətəndaşa zərər dəyir. Dolların kursunun oynaması iş mühitinə də təsir edir. İş adamları bankrota düşməkdən çəkinirlər və iş qura bilmirlər. Ona görə də, Azərbaycanda manatın məzənnəsi ilə bağlı proqnozlar verilməlidir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar