<b>Ermənilər Azərbaycan vətəndaşını girov götürüb - <span style="color:red;">RƏSMİ AÇIQLAMA </b>
02 fevral 2017 14:20 (UTC +04:00)

Ermənilər Azərbaycan vətəndaşını girov götürüb - RƏSMİ AÇIQLAMA

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

 

 

Komissiyadan Lent.az-a verilən məlumata görə, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. 
 

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar