Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən ( DGK) Lent.az-a verilən məlumata görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13000 ədəd siqaret aşkar edilərək götürülüb.