Dövlət qulluqçuları ilə bağlı qanuna yenilik edildi
25 yanvar 2017 18:49 (UTC +04:00)

Dövlət qulluqçuları ilə bağlı qanuna yenilik edildi

Prezident İlham Əliyev “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 440-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar