Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək
23 noyabr 2016 20:52 (UTC +04:00)

Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək

Azərbaycanda yoxlama zamanı dövlət orqanlarına təhrif olunmuş, yanlış məlumatın verən sahibkarlar cərimələnəcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanına  yoxlama zamanı təhrif olunmuş, yanlış məlumatın verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar