DİM “Şəxsi kabinet”in hesabına vəsaitin əlavə edilməsi qaydasını açıqlayıb
13 mart 2017 18:37 (UTC +04:00)

DİM “Şəxsi kabinet”in hesabına vəsaitin əlavə edilməsi qaydasını açıqlayıb

Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər.

DİM-dən Lent.az-a verilən məlumata görə, bunun üçün onlar payment.dim.gov.az portalında təqdim olunan ödəniş üsullarından istifadə edə bilərlər. Vətəndaşların ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var. Belə ki, vətəndaş kredit kartı vasitəsi ilə online şəkildə internet veb səhifəsindən, ödəmə terminallarından, "DİM ödəmə" başlığı altında olan digər müasir ödəmə vasitələrindən istifadə edə bilər. 

Əgər sizin kredit kartınız yoxdursa, müxtəlif ödəmə terminallarından istifadə edə bilərsiniz. Sizə portmanat.az mikro ödənişlər sistemi ilə Portmanat kodla  DİM-ə ödəniş etmək barədə məlumatı təqdim edirik.

 

Nəzərinizə çatdıraq ki, Portmanat kod MilliÖN, eManat, Easypay, Expresspay ödəmə terminalları vasitəsi ilə əldə edilə bilər. Kodun əldə edilməsi üçün ardıcıllıq aşağıdakı kimidir:

 

- Ödəmə kartları -> Portmanat Code -> Mobil nömrə daxil edilir -> Məbləğ daxil edilir.

Əməliyyatın sonunda daxil edilən mobil nömrəyə 9889 qısa nömrəsindən Portmanat kodu SMS vasitəsi ile göndərilir, eyni zamanda qəbzin üzərində də çap olunur.

Portmanat kodla DİM-ə ödəniş etmək üçün portmanat.az saytına və ya mobil tətbiqinə daxil olduqdan sonra "Qeydiyyatsız ödənişlər" bölməsindən "Digər ödənişlər" bölməsinə daxil olmalısınız. Daha sonra "DİM" seçilir. 2 seçim imkanı var: DİM (Kabinet nömrəsi ilə) və DİM (Şəxsiyyət vəsiqəsi ilə).

 

Seçimlərdən hər hansı birini seçərək ödəniş qəbzindəki pin kodu daxil etməklə ödəniş edilir.

 

Daha sonra ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet”inizə daxil olursunuz. Məbləğ hesabınıza əlavə edilməyibsə, "Hesab" -> “Məbləğin hesaba əlavə edilməsi”  bölməsində məbləği hesabınıza əlavə edirsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar