Dərman vasitələri türk dilində də qablaşdırılacaq
28 dekabr 2016 11:24 (UTC +04:00)

Dərman vasitələri türk dilində də qablaşdırılacaq

0

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəliklərinə müraciət edib.

 

Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

 

Qeyd edək ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar