Daha 25 məktəb təmayülləşməyə cəlb edilib
14 mart 2017 16:38 (UTC +04:00)

Daha 25 məktəb təmayülləşməyə cəlb edilib

2015-2016-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ( BŞTİ)  tabeliyində fəaliyyət göstərən 33 məktəbdə pilot layihə olaraq 4 təmayül istiqamətində tədrisə başlanılıb.

 

BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 4 təmayül istiqamətində - texniki, humanitar, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə tədrisin təşkilinə başlanılıb. Təmayüllərin hansı istiqamət üzrə üstünlük təşkil etməsi isə şagird kontingentinin istəyinə əsasən, məktəblərdən toplanmış müraciətlərə əsaslanır.

 

Azərbaycan Respublikası Təhsil nazirinin 24 may 2016-cı il tarixli, 351 nömrəli əmrinə əsasən, 2016-2017-ci tədris ilində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər şəbəkəsinin genişləndirilməsi məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha 25 məktəb layihəyə cəlb edilib.

 

Qeyd edək ki, BŞTİ müdiri Məhəbbət Vəliyeva açıqlamalarından birində demişdii ki,  Bakı şəhərində tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı artıq müəyyənləşib. Təmayül məktəblərlə bağlı məsələ əsasən bölgələrə və regionlara aiddir. Əsasən kənd məktəblərində təmayülləşməyə çox rast gəlinəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Fərizə Əhmədova

Oxşar yazılar