C vitamini xərçəngdən qoruyur
16 mart 2017 23:27 (UTC +04:00)

C vitamini xərçəngdən qoruyur

C vitamini soyuqdəymə xəstəliklərinə qarşı müdafiə vasitəsi sayılır. Məlum olub ki, o, istənilən lokalizasiya və inkişaf mərhələsinə malik xərçəng əleyhinə də səmərəli, ucuz və təhlükəsiz vasitə ola bilər.

 

AZƏRTAC “Rosbalt” saytına istinadla xəbər verir ki, xoşagəlməz kənar təsirlər (immun sisteminin sıradan çıxması, həzm prosesinin pozulması, allergik reaksiyalar, qanaxma, ölüm) yaradan xərçəng əleyhinə standart preparatlardan fərqli olaraq, C vitamini təhlükəsizdir.

 

Ekspertlər xərçəng hüceyrələrində baş verən qlikoliz prosesinə (qlükoza molekulunun enerji ayrılması ilə müşayiət olunan parçalanması) C vitamininin təsirini tədqiq ediblər. Onlar müəyyən ediblər ki, bu vitamin xərçəng hüceyrələrinin mitoxondriyalarında qlükozanın adenozintrifosfata (ATF) çevrilməsinin qarşısını alır. Bu zaman xərçəng şişini energetik qidalanmadan məhrum olur, onun inkişafı dayanır və hətta əks proses başlayır.

 

Yeri gəlmişkən, C vitaminini xərçəngin müalicəsində ilk dəfə Laynus Polinq sınaqdan keçirib. O, preparatı böyük dozalarla xərçəng xəstəsinin venasına yeridib (gündə 10 min milliqram, hərçənd gündəlik norma 100 vahiddən çox deyildir). Alim bu kəşfinə görə Nobel mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar