Bülbülədə borclu abunəçilərin suyu kəsildi
16 yanvar 2017 18:02 (UTC +04:00)

Bülbülədə borclu abunəçilərin suyu kəsildi

 

Suraxanı rayon, Bülbülə qəsəbəsinin bir hissəsində su təminatı dayandırılıb.

Sakinlərin Lent.az-a şikayətində bildirilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bülbülə qəsəbəsinin bütün su təminatı dayandırılıb.

 

Qurumun sahə rəisi isə deyib ki, kənd sakinlərinin borcu olduğu üçün su kəsilib. Sakinlərin dediyinə görə, borcu olmayanlara Azərsu” ASC tərəfindən maşınla su paylanılır.

 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a bildirib ki, məcburiyyətdən bu yola əl atıblar: “Fərdi qaydada suları kəsə bilmədiyimiz üçün qəsəbinin bir hissəsində suyu kəsməli olduq. Borcu olan abunəçilər bu işin fərdi qaydada gerçəkləşməsi üçün bizə imkan yaratmırlar. Bundan başqa, gün ərzində “Azərsu” ASC-nin su maşınları qəsəbədədir və borcu olmayan evlərə pulsuz su paylayırlar. Onu da qeyd edim ki, ötən gündən başlayaraq artıq qəsəbə sakinlərinin əksəriyyəti su borclarını ödəməyə başlayıblar”.

 

A. Cəbrayıllı bildirib ki, hər abunəçiyə verilən su borcuna görə ödəniş qəbzi veriləndən 1 ay müddətində borcu ödəmirsə, (heç olmasa yarı qismini) “Azərsu”ASC-nin suyunu kəsmək ixtiyarı var. Abunəçilərdən xahiş edir ki, borclarının hamısını olmasa da, müəyyən bir hissəsini ödəsinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Fərizə Əhmədova

Oxşar yazılar