Tibbi Reabilitasiya Xəstəxanasına qəbul edilən xəstələrin sayı açıqlanıb
06 dekabr 2016 17:07 (UTC +04:00)

Tibbi Reabilitasiya Xəstəxanasına qəbul edilən xəstələrin sayı açıqlanıb

0

 

9 may 2012-ci ildən bu günə qədər 2990 xəstə Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasına qəbul olunub.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında bu gün keçirilmiş tədbirdə deyilib.

 

Bildirilib ki, onlardan 1656–sı uşaq, 1334-ü isə analardır. Müalicə alan 1900 xəstədən 1375-i nevroloji statuslu, 229-u terapevtik, 154-ü hərəkət-dayaq sistemi xəstəlikləri, 83-ü kardioloji, 40-ı endikrinoloji xəstələr olub.  1375 nevroloji statuslu uşaqlardan 996-sı USİ xəstəliyi ilə daxil olub.

 

 Qeyd edək ki, Tibbi Reabilitasiya Xəstəxanası H.Əliyev fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilib.  Geniş profilli, nevroloji, kardioloji, endokrinoloji, hərəkət-dayaq profilli xəstələrin bərpası və müalicəsi, sağlamlığının bərpasının həyata keçirən müalicə-profilaktika müəssisəsidir. 40 çarpayılıq, 2 şöbədən ibarət (stasionar və fizioterapiya) şöbələr müasir avadanlıqla təmin olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar