Bu gün od çərşənbəsidir
28 fevral 2017 07:59 (UTC +04:00)

Bu gün od çərşənbəsidir

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.

 

 

Lent.az-ın məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan Od çərşənbəsidir.

 

Bbu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə,  bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

 

 

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havalarının isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi ilə bağlı el arasında “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi inanclar da var. Bu çərşənbədə qazanlar qaynamalı, ocağın üstü boş qalmamalıdır. Od çərşənbəsində evlərdə şam yandırılmalıdır.

 

 

Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan atılmış adamların azarının çıxıb getməsini simvolizə edir. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayırdı. Belə od müqəddəs sayılırdı.

 

Od çərşənbəsinin digər maraqlı mərasimlərindən biri də ilboyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasiminə son qoyulardı. İnsanlara Uraz/ Araz ( od, atəş) adının  verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürmməək və başqa nümunələr də türklərin oda olan hörmət  və ehtiramını göstərir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Fərizə Əhmədova

Oxşar yazılar