Bakıda Beynəlxalq Aptis İmtahanı keçirilib
15 dekabr 2016 14:38 (UTC +04:00)

Bakıda Beynəlxalq Aptis İmtahanı keçirilib

0

 

Dekabrın 15-də paytaxt məktəbliləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsinin ilkin mərhələsi olan Beynəlxalq Aptis İmtahanı keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ)  Lent.az-a verilən məlumata görə, BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihəyə  56 pilot məktəb cəlb olunub.

 

İmtahanlarda pilot məktəbdən 300 və pilot olmayan məktəblərdən 100 nəfər VII-VIII sinif şagirdi iştirak edib.

 

İmtahan zamanı şagirdlərin ingilis dilində yazı, oxu, dinləmə və danışıq bacarıqları qiymətləndirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar