<b>Bayram günlərində 17 nəfər dəm qazından zəhərlənib </b>
05 yanvar 2017 11:35 (UTC +04:00)

Bayram günlərində 17 nəfər dəm qazından zəhərlənib

“Bayram günlərində 17 nəfər dəm qazından zəhərlənmə ilə  Kliniki Tibbi Mərkəzə gətirilib". 

 

Bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

 

A. Maqsudov deyib ki, həmin şəxslərdən 8-i hospitalizasiya edilib: “ Onlardan ikisi azyaşlı olub. Hər birinə yardım göstərildikdən sonra evə buraxılıb. Dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb”.

 

Ötən illə müqayisədə bu il bayram günlərində dəm qazından zəhərlənənlərin sayında azalma var. Ötən il bu rəqəm 28 olub.

 

Şöbə müdiri bayram günlərində Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğunun da sayını  açıqlayıb.

 

Bayram günlərində 12 nəfər alkoqol sərxoşluğu şikayəti ilə Toksikologiya şöbəsinə gətirilib: “Onlara da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

 

A.Maqsudov qeyd edib ki, bayram günlərində sirkə turşusu zəhərlənməsi ilə bağlı bir qadın mərkəzə gətirilib: “ Həmin qadın intihar məqsədi ilə sirkə turşusu içmişdi. Hazırda vəziyyəti stabildir, müalicəsi davam edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Fərizə Əhmədova

Oxşar yazılar