Bakıda azyaşlının mədəsindən “qəpik çıxıb”.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərkəzin həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl RMDM-ə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin olması təsdiq edilib. Nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.
RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.