Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Baǧırov bu gün keçirilən mətbuat konfransında deyib.
E. Baǧırov bildirib ki, müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qurum rəsmisinin sözlərinə görə, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək: " Yaxın zamanda təlimlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
E. Baǧırov qeyd edib ki, indiyə qədər ( qeydiyyat başlandıǧı 6 gün ərzində) Bakı şəhəri istisna olmaqla digər şəhər/rayon məktəblərində direktor olmaq istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib: "Ötən il isə ümumilikdə direktor olmaq istəyən 3 min namizəd sənəd vermişdi".