"BakuBus" sərnişinlərə müraciət etdi
17 fevral 2017 13:59 (UTC +04:00)

"BakuBus" sərnişinlərə müraciət etdi

 

 

Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlər görüləcək. 
 
“BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Lent.az-a açıqlamasında bildirib ki, son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən  heyrətlənməmək, təəssüf  hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda  gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”. 
 
M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi  aşkar olunub: “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.
 
“BakuBus’ olaraq sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xaiş edirik. Unutmayaq ki, sərnişindaşıma xidmətinin kefiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın təhlükəsiz istismar olunmasınmasına və ümumi marağa xidmət edəcək". 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar