Hazırda Bakı şəhəri üzrə 5 məktəbdə istilik normal səviyyədə deyil.
Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “ASAN radio”nun “QəbuldASAN” verilişində bildirib.
M.Vəliyeva deyib ki, məktəblərin istiliklə təchizatı ilə bağlı ümumi vəziyyət qənaətbəxş sayılır: “ Hazırda Bakı məktəblərinin bir qismi fərdi qazanxana ilə təmin olunub. Bəzi məktəblər isə mərkəzləşdirilmiş istilik sistemindən istifadə edir. 5 məktəbdə istilik normal səviyyədə deyil. Bu isə həmin ərazilərdə qazın aşağı səviyyədə olması ilə bağlıdır. Bu məktəblər 80, 24, 165, 269 və 191 nömrəli məktəblərdir".
M.Vəliyeva vurğulayıb ki, məktəblərdə istilik məsələsi BŞTİ-nin daima diqqətində olan əsas məsələlərdən biridir: “Çünki uşaqların təhlükəsiz, sağlam şəraitdə təhsil alması təhsilin keyfiyyətinə təsir edir”.