Bakının 3 rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.