<b>Direktorlara müəllim seçmək muxtariyyəti verilə bilər</b>
10 aprel 2017 11:35 (UTC +04:00)

Direktorlara müəllim seçmək muxtariyyəti verilə bilər

Bu ildən Bakı şəhəri üzrə bəzi məktəb direktorlarına müəllim seçmək muxtariyyəti verilə bilər.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki,  bu pilot layihənin icrası ilə bağlı təkliflər hazırlanır və pilot məktəblərin seçilməsi müzakirə mərhələsindədir: “Amma bunlar yalnız təklif olaraq qalıb. Təkliflər təsdiq olunsa, müəllimlərin işə qəbulu üzrə yeni qaydalarda öz əksini tapacaq. Təklif və müzakirələrə əsasən layihənin icrasının ilkin olaraq Bakı şəhərində mərkəzdə yerləşən məktəblərdə başlanılacağı planlaşdırılır. Təxminən 10-15 məktəb seçilməsi gözlənilir. Hələ ki  bu istiqamətdə müzakirələr gedir”.  

 

E.Bağırov onu da qeyd edib ki, hər il olduğu kimi bu il də müəllimlərin yerdəyişməsi işə qəbul prosesindən əvvəl keçiriləcək, sadəcə olaraq bu il müəllimlərin işə qəbulu qaydalarında bir az dəyişikliklər olduğundan keçirilmə tarixi ilə bağlı dəqiq məlumat vermək mümkün deyil.

 

Qurum təmsilçisi əlavə edib ki, hər il yerdəyişmə prosesində rayonlardan Bakıya yerdəyişdirmək üçün müraciət edən müəllimlər çoxluq təşkil edir: “Bu da ümumi miqrasiya ilə əlaqəli olan bir məsələdir. Ötən il 250-ə yaxın müəllim iş yerini müsabiqə yolu ilə bir şəhərdən (rayondan) digər şəhərə (rayona) dəyişib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Fərizə Əhmədova

Oxşar yazılar