Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 100, eni 8, hündürlüyü 4 metr olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommunikasiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir. 4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub. Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.