ANS-in keçmiş aparıcısı Amil Hacıyev ölkədən getməyə hazırlaşır.
Lent.az-ın məlumatına görə, o bu haqda şəxsi “Facebook” səhifəsində yazıb.
ANS televiziyasından sonra bir müddət Ölkə.Az saytında redaktor vəzifəsində çalışan A.Hacıyev bildirib ki, bundan sonrakı məqsədi siyasətə qoşulmaq və 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir: “ Ölkədən gedirəm. Bilənlər bilir ki, mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. 2016-cı il parlament seçkilərində Vahid Milli Hərəkat Partiyasının sıralarında oldum. İndi partiyamız iki yerə parçalanıb. Hər iki tərəflə görüşüb son qərarımı verəcəm.
Bir az yekə səslənsə də deyim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun”.