<b>Olimpiya təqaüdünün məbləği artırıldı -</b> <span style="color:red;">FƏRMAN
23 dekabr 2016 18:21 (UTC +04:00)

Olimpiya təqaüdünün məbləği artırıldı - FƏRMAN

0

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılıb. 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə fərman imzalayıb. Fərmana əsasən, olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.

 

Qeyd edək ki, bu məbləğ indiyədək 1000 manat idi. 

 

Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar