" Azərbaycanda yanıq xəsarətindən ölüm faizi 8,2-dir".
Lent.az-ın məlumatına görə, bunu ölkənin yanıq üzrə tanınmış mütəxəssisi, alim, fəlsəfə üzrə tibb doktoru, Yanıq Mərkəzinin şöbə müdiri Həmzə Əzizbəyov deyib.
H.Əzizbəyovun sözlərinə görə, oğlan uşaqlarında yanığın miqdarı qızlarla müqayisədə 5-8 faiz çox olur:" Böyüklərdə isə bu nisbət 3-4 faiz təşkil edir. Yanıq faizinə uyğun olaraq ölüm haqqında danışmaq olar. Məsələn, bədənin 70%-i yanarsa, ölüm faizi 48 faizdir".
Həkim koordinator Ülviyyə Zeynalova isə bildirib ki, müxtəlif yanıq növləri var və ən ağır yanıq IV dərəcəli yanıqdır: “ Bəzən elə olur ki, şüanın təsirindən dəri və toxumalar zədələnir. Yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları da zədələyir. Hətta əzələ bişmiş ət halını alır”.
Ü. Zeynalova qeyd edib ki, yanıqların müalicəsi konservativ və cərrahi müalicə üsulu ilə gerçəkləşdirilir.