Azərbaycanda talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb
14 yanvar 2017 12:37 (UTC +04:00)

Azərbaycanda talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb

Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. RTM-də irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatına başlanandan bu günə qədər 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə ilik köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.

 

Qeydiyyatda olan 1541 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azalmasına nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

APA Baycan

Oxşar yazılar