
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb
Bu gün Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis günü münasibətilə tədbir keçirilib.
APA-nın xəbərinə görə, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün yol polisinin xidmətləri böyükdür.
Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ölkədə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətləri böyükdür.
Millət vəkili Flora Qasımova Qarabağda gedən döyüşlərdə Azərbaycan polisinin qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, yol polisi yollarda rahat və fasiləsiz hərəkəti təmin etmək üçün daima fəaliyyət göstərir.
Tədbirdə Azərbaycan polisinin 100 illiyinə həsr edilmiş “Yol polisi” mahnısının klipi təqdim edilib.
Sonda Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis günü münasibətilə mükafatlandırılan 37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.
Oxşar yazılar

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35