Azərbaycan – Rusiya sərhədində sıxlıq aradan qaldırılacaq – <span style="color:red;">Görüş baş tutdu
11 noyabr 2016 16:13 (UTC +04:00)

Azərbaycan – Rusiya sərhədində sıxlıq aradan qaldırılacaq – Görüş baş tutdu

Azərbaycan-Rusiya  sərhədində  yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb. 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyəti  Rusiya tərəfdəki  sərhəd-keçid məntəqəsində yaranan problemin avtonəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyasının gömrük və sərhəd xidmətlərinin nümayəndələri də  sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini  təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar

"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

16 iyul 2025 , 13:52
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq,  bu yerlərə leysan yağacaq  - Sabahın HAVASI

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI

16 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağır  - Faktiki HAVA

Bu rayonlara leysan yağır - Faktiki HAVA

16 iyul 2025 , 10:41