Astarada ilin ilk uşağı dünyaya gəldi
01 yanvar 2017 01:11 (UTC +04:00)

Astarada ilin ilk uşağı dünyaya gəldi

Astarada 2017-ci ilin ilk uşağı dünyaya gəlib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib. Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır. 

 

Ananın və uşağın vəziyyəti normaldır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar