Aprel şəhidi Toğrul Fərəczadə haqqında kitab ça olunub
14 mart 2017 09:16 (UTC +04:00)

Aprel şəhidi Toğrul Fərəczadə haqqında kitab ça olunub

 

2016-cı il aprel döyüşlərində xüsusi şücaət göstərərək həlak olan şəhid Toğrul Fərəczadə haqqında kitab çapdan çıxıb.

 

Lent.az-ın məlumatına görə, gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi olduğu “Daş heykəlin nağılı” adlı kitabda müəllifin şəhid haqqında fikirləri, Toğrul Fərəczadənin mənalı ömür yolu və xatirə şəkilləri dərc edilib. Kitabda həmçinin Toğrul Fərəczadənin ailə üzvləri, hərbçi yoldaşlarının da şəhidin qəhrəmanlığı haqqında fikirləri yer alıb. Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında şəhid Toğrul Fərəczadənin Azərbaycanın 3 rəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib. Bununla yanaşı kitabda Şəhid Toğrul Fərəczadənin şəxsi əşyalarının fotoları da yerləşdirilib. Müəllifin şəxsi təxəyyülünün məhsulu olan kitab satış üçün nəzərdə tutulmayıb. Xatırladaq ki, bu kitab gənc yazar Rəfiqə Rafiqqızının yaradıcılığında çap olunan ikinci kitabıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar