AMEA-nın həqiqi və müxbir üzvlüyünə sənəd qəbulu başlayıb
14 dekabr 2016 18:19 (UTC +04:00)

AMEA-nın həqiqi və müxbir üzvlüyünə sənəd qəbulu başlayıb

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçilmək istəyən alimlər üçün sənəd qəbuluna başlanılıb.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi

haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və

professor attestatının surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

 

Bildirək ki, sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Bakı şəhəri, H.Cavid prospekti 115, Akademiya şəhərciyi, AMEA-nın Əsas binası

Tel: (+994 12) 539-30-60, 537-23-97

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar