"Yeni sözlər və yeni mənalar" lüğəti tərtib olunub
06 dekabr 2016 11:29 (UTC +04:00)

"Yeni sözlər və yeni mənalar" lüğəti tərtib olunub

0

"Yeni sözlər və yeni mənalar" lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində tərtib olunub.

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan Lent.az-a verilən məlumata görə, yaxın günlərdə çap olunmuş lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən 2000-ə yaxın yeni söz və terminlər daxil edilib.

 

Lüğətin əsas xüsusiyyətlərindən biri dilimizə daxil olmuş bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı ilə verilməsidir. Məsələn, interfeys – üzgörüntü, vnedorojnik – yolsuzluq avtomobili, domofon – girişfon və s. 

Tətbiqi diliçilik şöbəsinin hazırladığı “Yeni sözlər və yeni mənalar” lüğəti öz əhatəliliyi və leksikoqrafiyanın bütün tələblərinə cavab verməsi kimi məziyyətlərinə görə ilk növbədə bir elmi əsərdir. Burada hər bir sözə elmi münasibət bildirilib, qrammatik, mənşə, üslub və məna xüsusiyyətləri araşdırılaraq tərtib olunub. Lüğətin baş redaktoru Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir. Lüğətdən KİV əməkdaşları və geniş oxucu kütləsi istifadə edə bilər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 674

Oxşar yazılar