UNEC-də “Gənc Bankir Məktəbi” layihəsinə başlanılıb
18 noyabr 2016 11:30 (UTC +04:00)

UNEC-də “Gənc Bankir Məktəbi” layihəsinə başlanılıb

 

İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi” layihəsinə yenidən start verilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Gənc Bankir Məktəbi-2” SUES İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı və “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə gerçəkləşdirilib.

 

Açılış mərasimində cıxış edən SUES-in sədri Hidayət Kərimov tələbələrin nəzəri biliklərinin praktikada tətbiqində “Gənc Bankir Məktəbi”nin rolundan danışıb. “Bank of Baku”nun mütəxəsisləri tələbləri təlimatlandırdıqdan sonra püşkatma mərasimi keçirilib və iştirakçılar müəyyənləşdirilib.

 

Bildirək ki, “Gənc Bankir Məktəbi-2” layihəsinə qatılmaq üçün müraciət edən 98 komandadan 37-si mərhələlərdən uğurla keçərək, iştirak hüququ qazanıb.

 

Layihə çərçivəsində iştirakçılar dörd həftə ərzində “Bank of Baku” mütəxəssislərinin təlimlərində iştirak edərək praktiki biliklərini artıracaqlar. Komandalar püşkatma yolu ilə müəyyənləşən ölkənin bank sistemi haqqında araşdırma aparacaq və münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanı “Bank of Baku”nun qış təcrübə proqramına qatılmaq imkanı gözləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar