(R) “Nar” ADA-nın karyera sərgisində yeni vakansiyalar təqdim etdi
02 mart 2017 17:34 (UTC +04:00)

(R) “Nar” ADA-nın karyera sərgisində yeni vakansiyalar təqdim etdi

 

 

“Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib. Universitetin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.  

 

ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş karyera sərgisində iştirak edən “Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq etdiyi ADA Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə verib.

 

“Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.  

 

Tədbirdəki “Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını “Nar” nümayəndəsinə təqdim ediblər. “Nar” operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.  

 

“Nar” vakansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

# 251
avatar

Oxşar yazılar

Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
Xocalıya növbəti köç karvanı YOLA SALINDI

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

29 may 2024 , 06:37
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54