"Nizami" stansiyasında təmirin yeni mərhələsi başlayıb
01 mart 2017 13:07 (UTC +04:00)

"Nizami" stansiyasında təmirin yeni mərhələsi başlayıb

Ötən il "Nizami" stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, burada ilk növbədə platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib. Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalanmanın əhəmiyyəti böyükdür. Bir müddətdir ki, təmir işləri aparılan stansiyanın orta zalı faner lövhələri ilə bir neçə yerdən əhatələnərək, işlərin getdiyi ərazilər sərnişin axınından təcrid edilib. Hazırda sərnişinpaylama zalından platformalara keçid tağlarının köhnə mərmər üzlükləri sökülür. Onların altında, eləcə də Nizami Gəncəvinin "Xəmsə"si mövzusunda işlənmiş pannoların arxasında metal konstruksiyalar korroziyadan təmizlənir, lazımi yerlərdə bu konstruksiyalar yenisi ilə əvəzlənir, üzlük işləri üçün meydança yaradılır. Artıq mozaik pannolardan 8-nin arxasında bərpa işləri tamamlanıb və pannolardan 6-sı yerinə oturdulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar