"Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmirə dayandırılır
11 fevral 2017 11:09 (UTC +04:00)

"Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmirə dayandırılır

"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq. 

 

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

 

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

 

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar