"Ənvər Seyidov həftə sonu evə buraxılacaq" - <span style="color:red;">Bacısı
14 dekabr 2016 10:06 (UTC +04:00)

"Ənvər Seyidov həftə sonu evə buraxılacaq" - Bacısı

0

"Ənvər Seyidovun vəziyyəti stabildir, həftə sonu evə buraxılacaq". Bu barədə Lent.az-a dünən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiyasına yerləşdirilən Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun bacısı, Mərkəzi Neftçilər Xəstəxananın baş direktoru Leyla Seyidbəyova bildirib.

 

Onun sözlərinə görə, Ə. Seyidovun şəkəri yüksəlmişdi: "İnternetdə onun insult keçirməsi, beyninə qan sızması ilə bağlı məlumatlar verilib. Belə məlumatlar onda əsəbilik yaradır. Onun yalnız şəkəri yüksəlmişdi. Hazırda qaydasına düşüb".

 

L. Seyidbəyova Ə. Seyidovun hazırda palatada olduğunu qeyd edib: "Biz özümüz onu reanimasiyaya yerləşdirmişdik. Çünki onun səhhəti ilə əlaqədar maraqlananlar, yanına gəlmək istəyənlər çox idi. Sakitlik olması üçün reanimasiyaya yerləşdirdik".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar