"Bakı Metropoliteni" qarlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Lent.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bütün stansiyaların giriş-çıxışları nəzarətdədir: "Gecədən işə başlamışıq. Təmizlik işləri davam edir. Xüsusilə depo ərazisində, yəni açıq ərazidə qatar yollarının təmizlənməsi həyata keçirilir"