Prezident İlham Əliyev Əhməd Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Abdulkərim oğlu Vəliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə.Vəliyev Odlar Yurdu Universitetinin rektorudur.