[b]Təhsil Nazirliyinə dərsliklərlə bağlı yeni səlahiyyət verilib[/b]
21 dekabr 2016 12:37 (UTC +04:00)

[b]Təhsil Nazirliyinə dərsliklərlə bağlı yeni səlahiyyət verilib[/b]

 

 

Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinə orta məktəb dərslikləri ilə bağlı yeni səlahiyyət verilib.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib. M. Cabbarov qeyd edib ki, bundan sonra Təhsil Nazirliyi ilk dəfə olaraq dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq.

 

Təhsil naziri əlavə edib ki, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular veriləcək: “Bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək. Bundan başqa, dərsliklər hazırlanan zaman elm və təhsil qurumlarının birgə təklifləri nəzərə alınsa, nəticə daha məhsuldar olar. Dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də dərsliklərin ictimai müzakirələrində iştirak etsinlər və fikirlərini Təhsil Nazirliyinə təqdim etsinlər. Biz də onların təkliflərini dərslik çap olunmamışdan əvvəl nəzərə alaq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar

Sabah da dəhşətli isti  olacaq - Hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU

18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07