[b]Ötən il 327 nəfərdə kəskin leykoz aşkarlanıb[/b]
11 yanvar 2017 11:18 (UTC +04:00)

[b]Ötən il 327 nəfərdə kəskin leykoz aşkarlanıb[/b]

 

Keçən il B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bu gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilmiş hesabat xarakterli tədbirdə deyib. Ç. Əsədov bildirib ki, hazırda isə müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə dispanser qeydiyyatında olanların sayı isə 23 962 nəfər olub.

 

Baş hematoloq əlavə edib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.

 

Ç. Əsədov qeyd edib ki, ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib: “Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Fərizə Əhmədova

Oxşar yazılar