Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Tovuz şəhərində , Ağstafa, Qazax, Şəmkir, Tovuz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbulunu keçirib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəbul edilən vətəndaların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.