[b]Bu il sirkə turşusundan 8 nəfər dünyasını dəyişib[/b]
07 dekabr 2016 12:21 (UTC +04:00)

[b]Bu il sirkə turşusundan 8 nəfər dünyasını dəyişib[/b]

 

 

Bu il 8 nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bunu respublikanın baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib. A. Maqsudov deyib ki, sirkə turşusundan zəhərlənmə ilə hər ay 5-7 müraciət daxil olur: "Bu il sirkə turşusundan zəhərlənərək mərkəzimizə müraciət edən xəstələrin 8-i ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirilib və bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

 

Baş toksikoloq bildirib ki, intihar məqsədi ilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Bu rəqəm bütün illər ərzində 3-4% olur: "Vətəndaşlar daha çox ailə-məişət münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd edirlər".

 

Yay mövsümündə göbələkdən zəhərlənmə ilə bağlı Toksikologiya mərkəzinə 26 xəstə müraciət edib və heç bir ölüm halı qeydə alınmayıb. Bundan başqa bu il ərzində 114 xəstə ilansancma şikayəti ilə bizim mərkəzə qəbul olunub", -deyə A.Maqsudov əlavə edib.

 

Baş toksikoloq qeyd edib ki, ümumilikdə il ərzində 68 uşaq zəhərlənmə ilə Toksikologiya mərkəzinə müraciət edib ki, onlardan 42 nəfəri dərmandan, qalanları isə dəm qazından zəhərlənib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49