Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən 3 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.
Bunu Lent.az-ın CANLI YAYIMInda qonaq olan Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, sınaq imtahanlarının vaxtları yaxın zamanlarda elan olunacaq: "İlkin qrafikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulurdu. Lakin qəbul qaydaları gec təsdiq olunduğuna görə, qrafik sıxlaşıb. Ona görə də 3 sınaq imtahanı keçiriləcək".