![[b]Azərbaycanda universitet rektoru istefa verdi [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Azərbaycanda universitet rektoru istefa verdi [/b]
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov vəzifəsindən azad edilib.
Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur.
Yeni rektor artıq kollektivə təqdim olunub. Təqdimatda Universitetin kollektivi adından Fərid Əhmədova göstərdiyi fəaliyyətə və xidmətlərə görə təşəkkür edilib və yeni təyin olunan rektora uğurlar arzulanıb. Ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və aradan keçən 26 il ərzində böyük inkişaf yolu keçib. Universitetin öncəliyi qabaqcıl təcrübədən istifadə olunmaqla modern dünyanın tələbləri ilə səsləşən və ölkənin dinamik inkişafına cavab verən kadr hazırlığının həyata keçirilməsidir.
Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır. Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və kredit mobilliyini həyata keçirir. Təhsil sahəsində yeni yüksək hədəflərə fokuslanan Azərbaycan Universiteti yeni dəyişikliklərlə qarşıdakı dövrdə də milli təhsilin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46